Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropa Kuboku: Voleybolçularımız dörddəbir finalda Türkiyə klubu ilə qarşılaşacaqlar
Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda "Azərreyl"in qadınlardan ibarət komandasının növbəti rəqibi dəqiqləşib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində "TVF Spor Lisesi İhtisas" kollektivi ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma bu gün gerçəkləşəcək. Matçlar Bakı vaxtı ilə saat 15:15-də və 16:00-da start götürəcək.
Qeyd edək ki, "Azərreyl" daha əvvəl Avstriyanın "Bergstrand Beachvolleyball" və Sloveniyanın "BVC Ludus" klublarını məğlub edib.
"Çimərlik voleybolu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar