Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Millimiz Avropada liderliyi ələ keçirib
Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.
Oxu.Az xəbər verir ki, həm qadınların, həm də kişilərin sıralamasında ölkəmiz birinci yerdə qərarlaşıb (qadınlar - 75 xal, kişilər - 90 xal).
Ölkəmizin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb.
Belə ki, 2023-cü ildə "Murov Az Terminal"ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə "Azərreyl"in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.
"Çimərlik voleybolu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar