Gürcüstanın Kutaisi şəhərində naməlum silahlı şəxs üç nəfəri güllələyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Məlumata görə, zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, onlardan biri ölüb.
Hazırda polis silahlı şəxsi axtarır. İnsidentlə bağlı cinayət işi açılıb.