Şri-Lanka Hərbi Hava Qüvvələrinə məxsus helikopter "Ditva" tropik fırtınasının zərər vurduğu adada xilasetmə əməliyyatı zamanı qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində pilot ölüb. Göyərtədəki digər dörd nəfər yaralanıb.
Hadisə helikopterin yardım çatdırması və su basmış ərazilərdən insanları təxliyə etməsi zamanı baş verib.
Qeyd edək ki, daşqın və dağıntılara görə ölkə hökuməti fövqəladə vəziyyət elan edib. Şri-Lankanın Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatına görə, qasırğa səbəbindən ən azı 334 nəfər ölüb.