Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Haber Global"da Donald Trampın Yəmən siyasəti təhlil edilib
Türkiyənin "Haber Global" televiziya kanalında husilərlə ABŞ arasında baş verən hərbi toqquşmalar müzakirə edilib.
Oxu.Az xəbər verir ki, verilişə dəvət alan siyasi şərhçilər hazırda Qırmızı dənizdə yaşanan gərginliyin səbəbləri haqqında danışarkən Donald Tramp administrasiyasının Yəmən siyasətini təhlil ediblər.
Verilişdə çıxış edən ekspert Süheyla Demir xatırladıb ki, İsraillə HƏMAS arasında davam edən toqquşmalar ərzində husilər mütəmadi olaraq İsrail limanlarına üzən gəmiləri hədəfə alırdı.
"Bu isə təbii ki, dünyanın ən vacib dəniz nəqliyyatı yolunda beynəlxalq ticarəti axsadırdı. Sözügedən məsələ Co Bayden dövründə həll olunmadı, Donald Tramp isə bu problemin həllində qərarlı olduğun bəyan edib", - deyə S.Demir vurğulayıb.
Ekspert xatırladıb ki, ABŞ bu gecə husilərə qarşı genişmiqyaslı hücum həyata keçirib, müxtəlif bombardmançı təyyarələrdən, hərbi gəmilərdən raketlər atılıb və nəticədə son məlumata görə 53 nəfər həyatını itirib.

"Donald Tramp" teqi üzrə xəbərlər
- Kanadanın baş naziri: "Tramp bizi sındırmağa çalışır"
- ABŞ-də "cadugər ovu": FTB və milli təhlükəsizlik qurumları "qorxu içindədir"
- Trampın hakimiyyətə gəlişindən sonra dövlət sektorunda işini itirən amerikalıların sayı açıqlanıb
- ABŞ-də Trampa qarşı impiçment qətnaməsi təqdim edildi
- Tramp: "Ölkəni və dünyanı idarə edirəm, bu mənə çox əyləncəli gəlir"