Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Haniyəyə qarşı sui-qəsdlə bağlı həbslər barədə İrandan AÇIQLAMA
İran HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı sui-qəsdlə bağlı ölkədə həyata keçirilən həbslər barədə mediada yayılan məlumatları inkar edib.
Oxu.Az-ın "Azad İran" "Telegram" kanalına istinadla məlumatına görə, bu barədə İranın Ədliyyə-Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangiri mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İranda indiyədək HƏMAS liderinin öldürülməsi ilə bağlı heç kim saxlanılmayıb və həbslərlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Cahangiri, həmçinin, İranın Haniyənin öldürülməsinə cəsarətlə reaksiya verəcəyini və ABŞ-nin bu məsələdəki rolunun kənarda qalmayacağını vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl "The New York Times" Tehranda baş tutan sui-qəsdlə əlaqədar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli kəşfiyyat və təhlükəsizlik zabitləri, hərbi məmurlar və İsmail Haniyənin öldürüldüyü mehmanxananın işçiləri də daxil olmaqla 20-dən çox adamı həbs etdiyi barədə xəbər yaymışdı. Bildirilirdi ki, bu, HƏMAS liderinin öldürülməsinə şərait yaradan təhlükəsizlik qaydalarının pozulmasına cavab olaraq edilib.
İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində həlak olub. SEPAH-ın məlumatına görə, Haniyə təxminən 7 kq çəkidə döyüş başlığı olan qısamənzilli mərminin atəşi nəticəsində öldürülüb.
"İsmayıl Haniyəyə qarşı sui-qəsd" teqi üzrə xəbərlər
- Kazem Cəlali: "Əgər İsrail Müdafiə Ordusu yenə nəsə etsə, İranın cavabı daha sərt olacaq"
- İran İsraili hədələdi: "Yaxın zamanda Haniyənin qisası alınacaq"
- ABŞ HƏMAS-ın altı liderinə cinayət ittihamları irəli sürüb
- İran İsrailə niyə hücum etmədi?
- ABŞ: "İran İsraili vurarsa, fəlakətli nəticələrlə üzləşəcək"
Rəylər