Hantavirus infeksiyasının yayıldığı "MV Hondius" laynerindəki sərnişinlər əsəb sarsıntısı keçiriblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "Sky News" nəşrinə müsahibəsində məlumat verib.
"Kiçik bir konteynerdə bir neçə həftə ərzində qalmaq çox çətindir. Təsəvvürünüzə gətirə bilirsinizmi, bu mental cəhətdən onlara necə təsir edib?" - deyə Qebreyesus qeyd edib.
ÜST-nin rəhbəri hesab edir ki, ən yaxşı həll yolu sərnişinləri təcrid rejiminə məcbur etməmək və onları vətənlərinə geri qaytarmaqdır.
Qaynar xətt:
(055) 224 12 12