Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Harris və Tramp Zelenski ilə görüşməyi planlaşdırırlar
ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
Bu barədə Oxu.Az "Bloomberg" nəşrinə istinadən xəbər verir.
Nəşrə məlumat verən mənbə bildirib ki, Harris seçkiöncəsi xarici siyasət profilini genişləndirməyə çalışır və bu səbəbdən də Vaşinqtonda Ukrayna prezidenti ilə görüşmək niyyətindədir.
Gözlənilir ki, Zelenski ABŞ-yə səfəri zamanı Vaşinqtonda NATO və Avropa İttifaqına üzvlük, iqtisadi və təhlükəsizliyə dair razılaşmaların əldə edilməsinə, o cümlədən özünün "Qələbə planı" çərçivəsində daha təkmil silahların tədarükünə nail olmağa çalışacaq.
Qeyd edək ki, ötən gün keçmiş prezident Donald Tramp da ABŞ-yə səfəri zamanı Zelenski ilə görüşə biləcəyini deyib. Bununla belə, Tramp mümkün görüşün təfərrüatını açıqlamayıb.
"Kamala Harris" teqi üzrə xəbərlər
- Donald Tramp Kamala Harrisin ərini işdən çıxarıb
- Kamala Harrisin planları məlum olub: Hansı vəzifəyə namizədliyini irəli sürəcək?
- Demokratların Bayden barədə gizli planı: Qrim, teleprompter və prezidentin ölümünə hazırlıq
- Tramp Bayden və Blinkenin məxfi məlumatlara çıxışını ləğv edib
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq