Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
HƏMAS BMT-nin atəşkəs qətnaməsi ilə razılaşdı
Fələstinin radikal HƏMAS hərəkatı BMT-nin atəşkəs qətnaməsi ilə razılaşdığını və danışıqlara hazır olduğunu bildirib.
Bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zuhri məlumat verib.
"HƏMAS BMT Təhlükəsizlik Şurasının atəşkəs, İsrail qoşunlarının çıxarılması və girovların İsrail tərəfindən saxlanılanlarla dəyişdirilməsi ilə bağlı qətnaməsini qəbul edir", - deyə o bildirib.
Xatırladaq ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ lideri Co Baydenin Qəzza zolağında atəşkəs planı ilə birlikdə ABŞ-nin qətnaməsini qəbul edib. Səsvermə zamanı İsrail və HƏMAS arasında barışığa dair qətnaməni 15 ölkədən 14-ü dəstəkləyib.
Mənbə: "Reuters"
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- İsraildən HƏMAS-a etiraz: Fələstinli məhbusların azad edilməsi dayandırıldı
- HƏMAS daha iki israilli girovu və beş tailandlını girovluqdan azad etdi
- Fələstin İsraillə münaqişənin həllində Trampın köməyinə ümid edir
- İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır
- HƏMAS zəruri məlumatlar olan girov siyahısını təqdim edib