Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
HƏMAS girov götürdüyü israilli hərbçilərin hansı halda azad ediləcəyini açıqladı
“HƏMAS girov götürdüyü bütün qadın və uşaqları azad edib”.
Bu açıqlama ilə HƏMAS-ın Siyasi Bürosünün rəhbərinin müavini Saleh əl-Aruri çıxış edib.
“İsrail hələ də israr edir ki, bir neçə qadın və uşaq bizim tərəfimizdən girov saxlanılmaqda davam edir, lakin biz onların olmadığını bəyan etmişik. Biz əlimizdə olan qadın və uşaqların hamısını dəyişdirmişik. Əgər digər belə hallar varsa, bizim həmin şəxslərdən xəbərimiz yoxdur və ya onlarla bağlı məlumatsızıq”, - deyə HƏMAS rəsmisi vurğulayıb.
Saleh Əl-Aruri bildirib ki, hazırda HƏMAS-ın əsirliyində yalnız İsrail əsgərləri və orduda xidmət edən kişilər qalıb.
“Hərəkat yalnız Qəzza zolağına təcavüz dayandırılacağı təqdirdə onları azad etməyə razı olacaq”, - əl-Aruri əlavə edib.
Mənbə: Əl Cəzirə
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- Qəzza ilə bağlı danışıqlar yekun mərhələyə çatdı
- Qətər Qəzza üzrə razılaşmanın yekun layihəsini İsrailə və HƏMAS-a təhvil verib
- Qəzzada HƏMAS-ın yeni rəhbəri "Kölgə" ləqəbli Sinvar oldu
- İsrail ordusu 7 oktyabrda ölkəyə hücum edən HƏMAS üzvlərinin öldürüldüyünü açıqlayıb
- Qəzza zolağı ilə bağlı razılaşmada uğur əldə edildi: HƏMAS-dan bəyanat
Rəylər