HƏMAS hərəkatının tərəfdarları Qəzza zolağında həlak olmuş girovların cəsədlərini daha sonra İsrail tərəfinə təhvil vermək üçün bir yerə daşımağa başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə radikallarla əlaqəli olan Fələstinin "Maan" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, HƏMAS vasitəçilərə həlak olmuş girovların və hələ də sağ qalanların adları olan siyahıları təqdim edib ki, bu siyahıların İsrail tərəfinə təqdim ediləcəyi ehtimal olunur.
Daha əvvəl HƏMAS ABŞ-nin planına əsasən, 72 saat ərzində deyil, saxlanılan girovların mərhələli şəkildə azad olunmasında israr edirdi.