Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsraillə razılaşmaq istəyir
Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar Qəzza zolağında müharibəyə son qoymaq üçün İsraillə atəşkəs sazişi bağlamaq istəyir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti xəbər verib.
Bildirilib ki, Misir və Qətərdən olan vasitəçilər bu barədə İsrailə məlumat veriblər.
O da vurğulanıb ki, Ankara Qəzzada atəşkəs barədə razılığa gəlməyin bəzi səbəblərə görə mümkün olduğunu hesab edir. Vaşinqton atəşkəsdə israr edir, danışıqlar masasına qoyulacaq mətn ABŞ-İsrail kompromisi əsasında hazırlanıb.
Qəzetin iddiasına görə, HƏMAS danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir. Danışıqların iştirakçılarını narahat edən məsələ HƏMAS-ın siyasi qanadının yeni lideri ilə bu prosesin nə qədər sürətlə irəliləyəcəyidir.
"Ankaranın HƏMAS-ın danışıqlar prosesinin iştirakçısı olması və qərarın onsuz qəbul edilməməsi istiqamətində göstərdiyi səyləri də unutmaq olmaz. Buna görə də hərbi qanaddan olan Sinvarın mövcud balansı pozmaması vacibdir", - deyə mənbədən vurğulanıb.
Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq İsrail və HƏMAS-ı avqustun 15-də Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. Vasitəçilər həmçinin ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2 735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını bildiriblər. Vasitəçilərin bəyanatının dərc olunmasından bir saat sonra İsrail hakimiyyəti avqustun 15-də danışıqlarda iştirak etmək üçün nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirib. HƏMAS hərəkatı avqustun 11-də vasitəçiləri Qəzza zolağında atəşkəs sazişinin həyata keçirilməsi üçün konkret plan təqdim etməyə və İsraili onu yerinə yetirməyə məcbur etməyə çağırıb.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- Husilər Təl-Əvivə hipersəsli ballistik raketlərlə zərbələr endiriblər
- Danışıqlarda irəliləyiş: HƏMAS və İsrail razılaşmaya yaxındırlar
- Dohada keçirilən danışıqlarda israilli əsirlərlə bağlı irəliləyiş əldə edilib
- Tramp Netanyahunu andiçmə gününə qədər Qəzzada münaqişəni dayandırmağa çağırıb
- İsrail bir neçə HƏMAS komandirinin zərərsizləşdirildiyini açıqlayıb
Rəylər