Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

HƏMAS: "İsrailə güzəştə getməyəcək, mübarizəmizi dayandırmayacağıq"
HƏMAS hərəkatı İsrailə güzəştə getməyəcəyini və Fələstinin bütün hüquqları reallaşana qədər mübarizəni davam etdirəcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın rəsmi "Telegram" kanalında dərc edilib.
"Fələstin xalqı işğala son qoyulana və bütün qanuni hüquqları tam reallaşana qədər qanuni mübarizəsini dayandırmayacaq", - HƏMAS-ın bəyanatında qeyd olunur.
Məlumat üçün qeyd edək ki, bu gün İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- Qəzzada saxlanan girovların azad edilməsi ilə bağlı razılıq əldə olundu
- İsrail HƏMAS-ın beşillik atəşkəs təklifinə cavab verdi
- Paraqvay SEPAH-ı terror təşkilatı elan etdi
- Fələstin prezidenti HƏMAS-a çağırış etdi
- Tramp HƏMAS-ın müharibədən sonra Qəzzanın idarəçiliyindəki gələcəyi barədə açıqlama verdi
Ən çox oxunanlar