Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi
Misir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başa çatmasını alqışlayıb və bunun Cənubi Qafqazda sabitliyin bərqərar olmasına kömək edəcəyini bəyan edib.
Oxu.Az-ın Sis.gov.eg nəşrinə istinadən xəbərinə görə, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda bu proses hər iki ölkənin son illərdəki səylərinin kulminasiyası kimi səciyyələndirilib. Həmçinin hər iki tərəfin ən qısa zamanda sazişi imzalayacağına ümid ifadə edilib.
"Misir" teqi üzrə xəbərlər
- Qəzzada içməli suyun 98%-i çirklənib
- Fələstin prezidenti ümumi seçki keçirəcək
- Fevralın 22-də azad edilməli olan fələstinli məhbusların taleyinə aydınlıq gətirildi
- Misirin paytaxtında yaşayış binası uçub: Azı 10 nəfər həlak olub
- HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR
Ən çox oxunanlar