HƏMAS hərəkatı İsrailin mərkəzi ərazilərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az xəbər verir ki, müvafiq bəyanat hərəkatın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında dərc olunub.
Hərəkat iddia edir ki, bu, İsrailin martın 17-dən 18-nə keçən gecə Qəzza zolağına endirdiyi zərbələrə cavabdır.