Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi
HƏMAS və Misir nümayəndələri ABŞ Prezidenti Co Baydenin elan etdiyi mərhələli atəşkəs haqqında razılaşmanın ilkin təsdiqini bəyan ediblər.
Məlumata görə, Vaşinqton formuluna əsasən mərhələli razılaşma altı həftəlik tam atəşkəsdən ibarət olacaq. Bu, həbsdə olan bir neçə yüz fələstinlinin müqabilində bir sıra girovların azad edilməsinə imkan verəcək.
Bundan əlavə, birinci mərhələdə İsrail Silahlı Qüvvələri Qəzza zolağındakı sıx məskunlaşmış ərazilərdən qoşunlarını çıxarmalı, eləcə də cənuba köçənlərin öz evlərinə qayıtmasına şərait yaratmalı olacaq.
HƏMAS və İsrail nümayəndələrinin altı həftəlik müddət ərzində razılaşmanın ikinci mərhələsinin şərtləri ilə bağlı danışıqları davam etdirəcəkləri gözlənilir.

Mənbə: TASS
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- Netanyahu ABŞ-li senatora "Peycer əməliyyatı"nı simvolizə edən hədiyyə bağışlayıb
- İsrail Qəzzada yeni atəşkəs təklifi irəli sürüb
- İsrail Ordusu Qəzzada quru əməliyyatını bərpa etdi
- İsrail hökuməti Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyinatını təsdiqləyib
- Qəzzada atəşkəsin pozulmasının səbəbi açıqlandı