HƏMAS hərəkatının liderlərindən biri olan Yəhya Sinvarın öldürülməsindən əvvəlki son dəqiqələrinin videosu lentə alınıb.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, İsrail Müdafiə Ordusu (SAXAL) bu görüntüləri öz "Telegram" kanalında paylaşıb.
Videoda Qəzza zolağında baş verən raket hücumu nəticəsində dağılmış binada yaralı vəziyyətdə olan Yəhya Sinvar əks olunub. O, əlindəki çubuqlarla pilotsuz təyyarəni vurmağa çalışsa da, buna nail ola bilməyib. Daha sonra isə ona snayperdən atəş açılıb.
Rəylər