Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
HƏMAS lideri Sinvarın ekspertizasının gözlənilməz nəticəsi: Üç gün ac qalıb
İsrailin Qəzza zolağının cənubunda Rəfaha etdiyi hücumda həyatını itirən HƏMAS-ın Siyasi Büro rəhbəri Yəhya Sinvarın həyatı və ölümü ilə bağlı bir sıra gözlənilməz detallar ortaya çıxıb.
Oxu.Az-ın verdiyi məlumata görə, "Asharq Al-Awsat" bu təfərrüatı öz mənbələrindən alıb.
Bildirilir ki, Sinvar İsrail hücumları səbəbindən ailəsini daha təhlükəsiz hesab etdiyi bir bölgəyə göndərib. O, ailəsi ilə 1- 1.5 ayda bir ancaq məktubla əlaqə saxlayıb.
Bundan başqa Sinvarın ekspertizasının gözlənilməz nəticəsi açıqlanıb. Məlum olub ki, HƏMAS lideri oktyabrın 16-da baş verən hücumdan əvvəl üç gün ərzində heç nə yeməyibmiş.
Rəylər