Fələstinin HƏMAS hərəkatı yeni seçilmiş liderləri Yəhya Sinvarın ölümünü təsdiqləyib.
Oxu.Az-ın "Al-Jazeera"ya istinadla verdiyi məlumata görə, bu barədə hərəkatın siyasi bürosunun müavini Xəlil əl-Həyyə bəyan edib.
"Komandan Sinvarın və ondan əvvəlki liderlərin şəhid olması yalnız hərəkatımızın gücünü və möhkəmliyini artıracaq", - deyə əl-Həyyə bildirib.
Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın məhv edilməsi işində yeni faktlar üzə çıxıb. Belə ki, HƏMAS liderinin ölümü zamanı onun üzərində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) əməkdaşının pasportu aşkar edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Jerusalem Post" qəzetində xəbər verilib.
Bundan əlavə, Sinvarın şəxsi əşyaları arasında "Mentos" konfetləri və böyük məbləğdə pul - 40 min şekel (təxminən 10.7 min dollar) tapılıb.
Xatırladaq ki, Yəhya Sinvar oktyabrın 16-da İsrail hərbçilərinin Qəzza zolağının cənubunda keçirdiyi əməliyyat zamanı məhv edilib. SAXAL onun öldürülməsindən əvvəlki son dəqiqələrinin videosunu öz "Telegram" kanalında paylaşıb.
Rəylər