Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan İsrail və ABŞ vətəndaşlığına malik girovu azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında məlumat paylaşılıb.
Bildirilir ki, HƏMAS-ın silahlı qanadı olan "İzəddin əl-Qassam Briqadaları" bir müddət əvvəl girov İdan Aleksandrı azad edib.
O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təslim edilib.