Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
HƏMAS yeni girovların azad edilməsini təxirə saldı
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan israilli girovların yeni qrupunun azad edilməsi prosesini təxirə salıb. Bu qrupun fevralın 15-də evlərinə qayıtması nəzərdə tutulurdu, lakin İsrailin atəşkəs sazişini pozması səbəbindən bu baş verməyə bilər.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının nümayəndəsi Əbu Ubeydə öz "Telegram" kanalında açıqlama yayıb.
"Son üç həftə ərzində qarşı tərəfin razılaşmanın şərtlərini daim pozduğunu müşahidə edirdik. Buna görə də fevralın 15-də buraxılmalı olan girovların azad edilməsini daha sonrakı tarixə təxirə salmaq qərarına gəldik. İsrail sazişin şərtlərinə əməl etməli və son həftələrdə vurduğu zərəri geri qaytarmalıdır", – deyə açıqlamada qeyd olunub.
Rəylər