Hindistanın Uttarakhand ştatında helikopterin qəzaya uğraması nəticəsində beş nəfər ölüb, iki nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Şəxsi məqsədlər üçün istifadə edilən yeddi nəfərlik helikopterin Uttarkaşi rayonundakı Qanqanani isti bulaqları yaxınlığında qəzaya uğradığı bildirilir.
Təyyarə qəzasının səbəbləri araşdırılır.