Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İkinci Dünya müharibəsi illərində Azərbaycanda 50 min kVt elektrik enerjisi istifadəyə verilib
İkinci Dünya müharibəsi illərində neft məhsullarının etibarlı istehsalını təmin etmək üçün Azərbaycanda 50 min kVt-a yaxın yeni elektrik enerjisi gücü istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Energetika Nazirliyindən məlumat verilib.
"Bakıda neft məhsullarının istehsalı çox böyük enerji resursları tələb edirdi. Ona görə də müharibənin lap əvvəlindən respublikada intensiv elektrik stansiyalarının tikintisi aparılırdı. Artıq 1941-ci ildə "Sumqayıt-1" İstilik Elektrik Stansiyası yaradıldı, gücü 24 min kVt olan kondensasiya turbini və 25 min kVt gücündə kogenerasiya qurğusu istifadəyə verildi" - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, müharibə illərində "Krasnaya Zvezda-Zığ" və "Zığ-Qala" 110 kV-luq Dövlət Rayon Elektrik Stansiyasının elektrik ötürücü xətləri tikilib istifadəyə verilib, Abşeronun baş neft trestlərinin enerji təchizatının etibarlılığı xeyli yüksəlib, "Azərenerji"nin 110 kV-luq əsas yarımstansiyalarının ikitərəfli elektrik təchizatı yaradılıb.
Rusiya Energetika Nazirliyindən bildirilib ki, sadalanılanlardan əlavə, 110 kV-luq yeni "Zığ" yarımstansiyası istismara verilib və Artyom (Pirallahı) adası da daxil olmaqla bütün Əzizbəyov şəbəkə rayonu 35 kV-luq gərginliyə keçirilib.
"İkinci Dünya müharibəsi" teqi üzrə xəbərlər
- Azərbaycanın ilk qadın hərbi pilotu: 23 il nazir işləyən şəxsə Heydər Əliyev istefa vaxtı nə dedi?
- Müharibə şahidi tükürpədici hadisələrdən DANIŞDI: "Can verirdim, gördüm, başımın üstündə dayanıb"
- İki qələbənin kəsişdiyi an: Dəmir iradə, dəmir yumruq
- Ən gənc azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı - 20 nəfərlə alman əsgərlərinin hücumlarını dəf edib
- Azərbaycan SSRİ-ni necə xilas etdi? - Hitlerə gözlənilməz zərbə