Hindistanın Maxaraştra ştatında Su-30MKİ qırıcısı qəzaya uğrayıb. Pilot katapult etməyə nail olub.
Oxu.Az “Times of India” nəşrinə istinadla xəbər verir ki, hadisə Naşik şəhərindən 25 kilometr aralıda baş verib.
Qırıcı yoxlanış mərhələsində olub və rəsmi olaraq Hərbi Hava Qüvvələrinin tərkibinə daxil olmayıb.
Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
Bu, Hindistanda qəzaya uğrayan sayca 8-ci Su-30MKİ qırıcısıdır.