Hindistanda Lionel Messinin 21 metr hündürlüyündəki heykəlinin təhlükəsizlik səbəbi ilə sökülməsi planlaşdırılır.
Oxu.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, heykəl ötən ilin dekabrında quraşdırılıb.
Qərb Benqaliya ştatının deputatı Şaradvata Mukerci bildirib ki, aparılan yoxlamalar zamanı heykəlin külək vaxtı tərpəndiyi və dayanıqsız olduğu müəyyən edilib.
Yoxlamadan sonra heykəl əlavə troslarla bərkidilib, ətrafına isə insanların və nəqliyyatın yaxınlaşmasının qarşısını almaq üçün hasar çəkilib.
Hindistan hakimiyyəti heykəlin başqa yerə köçürülməsi variantlarını da nəzərdən keçirir.
Lionel Messi 2025-ci ilin dekabrında keçirilən mərasimdə onlayn formada iştirak edib və simvolik olaraq açılışı edib. O, daha sonra Hindistanda bir neçə şəhərə səfər etmişdi.