Hindistan parlamentinin deputatı Naramalli Sivaprasad işə Adolf Hitlerin paltarında gəlib.
Oxu.Az “Hindustan Times”a istinadla xəbər verir ki, “Teluqu Desam” partiyasından olan siyasətçi süni bığ yapışdırmaqla və qolunda svastika olan xaki rəngli pencək geyinməklə özünü 1 nömrəli faşistə bənzədib.
Həmkarları ilə görüşdükdə isə deputat alman dilindəki sözlərə bənzər sözlər deməyə çalışıb.
Naramalli Sivaprasad bildirib ki, seçdiyi qeyri-adi üsulla Hindistanın Andxra Pradeş ştatına xüsusi status verilməsinə çağırır.
Qeyd edək ki, keçmiş aktyor Sivaprasad əvvəllər də parlamentə əcaib kostyumlarda, məsələn çoban, fermer, hətta qadın kostyumlarında gəlib.
Hindistanlı deputat Hitlerə “çevrildi” - VİDEO
Rəylər