İran və Oman arasında baş tutan son müzakirələr zamanı Hörmüz boğazından keçən gəmilərdən əldə olunan gəlirlərin iki ölkə arasında bölüşdürülməsi barədə razılıq əldə edilib.
Oxu.Az-ın vesti.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi məlumat yayıb.
Qurumun rəsmi təmsilçisi Hüseyn Mohebbi qeyd edib ki, Vaşinqton Tehranın irəli sürdüyü şərtləri qəbul edənə qədər Hörmüz boğazı gediş-gəliş üçün qapalı olaraq qalacaq.
"Həyata keçirilən danışıqlar prosesində boğazın sularında hər iki tərəfin payı, eyni zamanda İran və Omanın qazanc bölgüsü ilə bağlı müvafiq razılaşmalar əldə olunub", - deyə SEPAH rəsmisi bildirib.