ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə qaldığı müddətdə Hörmüz boğazı gəmiçilik üçün açılmayacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Ali lideri Müctəba Xameneinin müşaviri Məhəmməd Baqir Zülqədr bəyan edib.
"Döyüşçülərimiz Tramp və Netanyahu hakimiyyət taxtından devrilənədək Hörmüz boğazını açmayacaqlar", - deyə Zölqədr bəyanatında bildirib.
O, həmçinin əlavə edib ki, boğazın bağlanması İran xalqının qisasının yalnız ilk mərhələsidir.
Qaynar xətt:
(055) 224 12 12