Hörmüz boğazının cənub hissəsində "qeyri-qanuni marşrutdan" istifadə etməyə cəhd göstərən supertanker minalara düşərək partlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən "Fars" agentliyi məlumat yayıb. Bildirilib ki, gəmi iki minaya çırpılıb.
"SEPAH HDQ bir daha xəbərdarlıq edir ki, Hörmüz boğazından təhlükəsiz keçid normalarını pozan gəmiləri məhz belə bir sonluq gözləyir. SEPAH HDQ tərəfindən elan edilmiş boğazdan keçid və naviqasiya qaydalarına əməl olunması mütləqdir", - deyə açıqlamada qeyd olunub.
Yayılan xəbərdə gəmi sahiblərinin kimliyi barədə heç bir təfərrüat verilməyib. Həmçinin gəminin yük daşıyıb-daşımadığı və hansı ölkəyə doğru hərəkət etdiyi dəqiqləşdirilməyib.