İranla müttəfiq olan husilərin sürətli hücumu onları Yaxın Şərqin mühüm su yoluna nəzarət edə biləcək mövqeyə gətirib və bu, İranla müharibəsi yeddinci ayına qədəm qoyan ABŞ Prezidenti Donald Tramp üçün yeni ciddi problem yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, sentyabrın 11-də husilər Perim adasına çataraq Qırmızı dənizin girişinə nəzarət imkanlarını artırıblar.
Səudiyyə Ərəbistanının neft ixracı üçün risklər Hörmüz boğazında yaranan fasilələrin daşımaları Qırmızı dəniz limanlarına yönəltməsindən sonra daha da artıb.
Tramp Səudiyyə Ərəbistanının vəliəhdinə ABŞ-nin kəşfiyyat məlumatlarını paylaşacağını, lakin hələlik birbaşa müdaxilə etməyəcəyini bildirib.
Yaxın Şərqdə münaqişəni genişləndirən husilər Yəmən sahilləri boyunca cənuba doğru irəliləyərək Bab əl-Məndəb boğazını - Qırmızı dənizin girişində yerləşən və "Göz yaşları qapısı" adlandırılan su yolunu - bağlamaq imkanlarını artırıblar. Bu isə Tehrana regionun əsas neft daşımalarının həyata keçirildiyi hər iki marşruta potensial təsir imkanı verir.