Yəmənin üsyançı "Ənsar Allah" qruplaşmasından olan husilər İsrailin paytaxtı Təl-Əvivdə bir neçə hədəfə hipersəsli ballistik raketlə zərbə endiriblər.
Oxu.Az "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.
"Yəmən silahlı qüvvələri Təl-Əvivdə bir neçə mühüm hədəfə hücum etmək üçün "Fələstin-2" hipersəsli ballistik raketdən istifadə edərək hərbi əməliyyat keçiriblər. Əməliyyat məqsədlərinə uğurla nail olunub", - deyə husilərin nümayəndəsi bildirib.