Batik Air şirkətinin Boeing 737 təyyarəsi Yava adasının Cokyakarta şəhərində qəza enişi etmək məcburiyyətində qalıb.
Oxu.Az xəbər verir ki, təyyarə uçuş zolağından kənara çıxıb.
Yerli KİV-in məlumatına əsasən, təyyarənin göyərtəsində 167 adam olub.
Xəsarət alanlar haqqında məlumat yoxdur. Aeroportu təyyarəni qəza yerindən götürmədən açıblar.