İndoneziyanın Semaranq şəhəri yaxınlığında avtobusun aşması nəticəsində azı 16 nəfər ölüb, 18 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli axtarış-xilasetmə xidmətinin rəhbəri məlumat verib.
"Son məlumatlara görə, ölənlərin sayı artıb, qəzada xəsarət alanlardan biri xəstəxanaya çatdırıldıqdan sonra ölüb", - deyə xidmət rəhbəri bildirib.
Axtarış-xilasetmə xidmətinin rəhbəri əlavə edib ki, avtobus Cakartadan Coqyakartaya yüksək sürətlə hərəkət edərkən yol kənarındakı maneəyə çırpılaraq aşıb. Qəzada yaralananlar xəstəxanalara aparılıblar və hazırda həkim nəzarəti altındadırlar.