İndoneziya sahillərində, Yava dənizində bərə qəzası nəticəsində ən azı altı nəfər həlak olub, daha 130 nəfərin axtarışları davam etdirilir.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.
Qeyd olunur ki, 107 nəfər təxliyə edilib. İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandi gəminin aşdığını, lakin batmadığını bildirib.
İndoneziya sahillərində göyərtəsində azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi ölkənin axtarış-xilasetmə xidmətinə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, gəmi Surabaya şəhərindən Bancarmasinə doğru hərəkət edirmiş.
Son məlumatlara əsasən, azı 103 sərnişinin bərədən təxliyə edilib.
Digər detallar hələlik açıqlanmır.