İndoneziya sahilləri yaxınlığında güclü zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmətinin yaydığı məlumatda bildirilir.
Zəlzələnin gücü 6,6 bal təşkil edib.
Yeraltı təkanların episentri Tobelo şəhərindən 154 kilometr aralı, 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və sunami təhlükəsi barədə məlumat yoxdur.