İndoneziyada 6 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Təbii Fəlakətlərin Fəsadlarının Yüngülləşdirilməsi üzrə Milli Agentliyi (BNPB) məlumat yayıb.
Yeraltı təkanlar İndoneziyanın Mərkəzi Sulavesi əyalətində qeydə alınıb. Zəlzələnin ocağə 10 km dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində 29 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.