Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İndoneziyada seçkiyə müdaxilə edən fransızlar ölkədən deportasiya ediliblər
İndoneziyanın İmmiqrasiya Xidməti üç Fransa vətəndaşını regional regent postuna namizədin seçki kampaniyasına dəstək verdiklərinə görə ölkədən deportasiya edib.
Oxu.Az bu barədə "Jakarta Globe" nəşrinə istinadən xəbər verir.
İmmiqrasiya xidmətinin rəhbəri Açeh Həmdani bildirib ki, üç nəfər siyasi kampaniyada iştirak etməklə ölkə qanunvericiliyinin qaydalarını pozub.
Lakin İndoneziya hakimiyyəti fransızların dəstəklədiyi namizədin adını açıqlamayıb.
"İndoneziya" teqi üzrə xəbərlər
- İndoneziyada torpaq sürüşməsi nəticəsində azı 16 nəfər ölüb
- İndoneziyada vulkan püskürməsi ilə əlaqədar 3 min nəfər təxliyə edilib
- Timsahlar qurbanını cəlb etmək üçün boğulan insan təqlidi etdi: İndoneziyadan inanılmaz kadrlar
- Əhalini balacaboyluqdan qurtarmaq üçün İndoneziya hökumətindən maraqlı addım
- Dünya çempionatında uğurlu nəticə əldə edən idmançılarımız vətənə dönüblər
Ən çox oxunanlar
Rəylər