İndoneziyanın Bali kurort adası yaxınlığında içərisində 65 nəfərin olduğu bərənin batması nəticəsində dörd nəfər ölüb, 38 nəfər itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xilasedicilərə istinadən xəbər yayıb.
Xilasedicilər 23 nəfəri xilas edə biliblər. Gəmidə xarici ölkələrdən olan turistlərin olmadığı bildirilir. Xilasedicilərin sözlərinə görə, pis hava şəraiti itkin düşənlərin axtarışını çətinləşdirir.
İndoneziyanın Bali kurort adasında bərənin batması nəticəsində azı 61 nəfər itkin düşüb.
Oxu.Az bu barədə CNA agentliyinə istinadən məlumat verir.
Xilasedicilərin məlumatına görə, gəmi gecə saatlarında İndoneziyanın əsas adası olan Yavadan istirahət yerinə gedərkən batıb.
Gəminin göyərtəsində 53 sərnişin və 12 ekipaj üzvü olub. Bundan əlavə, bərədə 14 yük maşını da daxil olmaqla 22 minik avtomobili olub.
Son məlumata görə, hələlik ancaq dörd nəfəri xilas etmək mümkün olub.