Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İndoneziyalı kişi qumar oynamaq üçün körpə oğlunu 800 dollara satdı
İndoneziyalı kişi qumar oyunlarına pul xərcləyə bilmək üçün 11 aylıq oğlunu satıb.
Bu barədə Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir.
KİV-də yayılan məlumatlara görə, ata qumar asılılığını maliyyələşdirmək məqsədi güdən bu sövdələşməni arvadından gizlin həyata keçirib. Onun uşağın satışından 800 dollara yaxın pul aldığı bildirilir.
Oğlunun yoxa çıxdığını görən ana polisə müraciət etdikdən sonra hadisə ortaya çıxıb.
Sübutların təzyiqi altında indoneziyalı cinayəti etiraf edib və səmimi etiraf yazıb.
Həmçinin insan alverində iştirakda şübhəli bilinən mümkün alıcılar da həbs ediliblər ki, İndoneziyada bu cinayətə görə 15 ilə qədər həbs və külli miqdarda cərimə nəzərdə tutulur.
"İndoneziya" teqi üzrə xəbərlər
- Dünya çempionatında uğurlu nəticə əldə edən idmançılarımız vətənə dönüblər
- Prezident İlham Əliyev iki ölkə ilə imzalanmış vacib sənədləri təsdiq etdi
- İndoneziya sahillərində zəlzələ baş verib
- Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunub
- İndoneziyada torpaq sürüşməsi nəticəsində azı 27 nəfər ölüb
Rəylər