İngiltərə polisinin Naniton şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində silahlı şəxs tərəfindən “Bermuda-Park” əyləncə mərkəzində girov götürülən 2 nəfər azad edilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, insidentlə əlaqədar bir nəfər saxlanılıb, daha bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisənin terrorla əlaqəli olmadığı qeyd edilir.
***
20.00
Bu gün silahlı şəxs İngiltərədə əyləncə klubunda insanları girov götürüb, Оxu.Az TASS-a istinadən xəbər verir.
Hadisə Uorkşir qraflığının Naniton şəhərində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerindədir.
N.H.