İran ordusu Bəhreyndə yerləşən "Şeyx İsa" aviabazasındakı ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. Açıqlamada bildirilib ki, bölgədəki bütün ABŞ hərbi bazaları ordunun pilotsuz təyyarələrinin qanuni hədəfi olacaq.
"Amerikanın ölkənin cənubundakı hərbi və mülki ərazilərə hücumundan və anlaşma memorandumunun 14-cü bəndinin müddəalarını pozmasından sonra, İran İslam Respublikası ordusunun pilotsuz uçuş təyyarələri (PUA) bu səhərdən etibarən Bəhreyndə yerləşən "Şeyx İsa" aviabazasındakı ABŞ qüvvələrinin toplanma mərkəzlərinə hücum edib. Vaşinqtonun atəşkəsi açıq və təkrar pozması cinayətkar xarakter daşıyır və bölgədəki bütün ABŞ bazaları ordunun pilotsuz təyyarələrinin qanuni hədəfi olacaq", - deyə SEPAH-ın bəyanatında bildirilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz və Hava-Kosmik Qüvvələri ABŞ-nin İran ərazisinə etdiyi hücumlara cavab olaraq Bəhreyn və Küveytdə yerləşən 85 ABŞ hərbi obyektini hədəfə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı rəsmi bəyanatında bildirilib.
"Bu təcavüzə ilkin cavab addımı kimi, SEPAH-ın dəniz və hava-kosmik qüvvələri raket və pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilən birgə əməliyyat zamanı Bəhreynin Salman limanında, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının ərazisində və Küveytdəki "Əli əs-Saləm" aviabazasında ABŞ-yə məxsus 85 mühüm hərbi obyektə zərbələr endirib", - deyə açıqlamada qeyd olunub.