İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Press TV" telekanalı yayımlayıb.
Qeyd olunur ki, SEPAH-in Hava-Kosmik Qüvvələri səhər saatlarında Hörmüz boğazının qərb hissəsi üzərində uçan "MQ-1" dronunu vurub.
Həmçinin bildirilir ki, pilotsuz uçuş aparatının məhv edilməsi üçün ən müasir və yeni hava hücumundan müdafiə sistemindən istifadə olunub.
Qaynar xətt:
(055) 224 12 12