İran iki aylıq məhdudiyyətlərdən sonra ilk dəfə Hörmüz boğazı vasitəsilə neft ixracına başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNBC "Kpler" analitik şirkətinin məlumatlarına istinadən bildirib.
Məlumata görə, təxminən 5 milyon barel neft daşıyan ən azı üç İran tankeri Hörmüz boğazı ərazisini tərk edib. "National Iranian Tanker Company" dövlət şirkətinə məxsus iki supertanker - "Diona" və "Hero 2" təxminən 3.8 milyon barel xam neft aparıb.
"Kpler"in məlumatına görə, gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin mövcud olduğu ərazidən keçə biliblər.
Qeyd edək ki, ötən gün "Fars" agentliyi İran gəmilərinin Hörmüz boğazında ABŞ-nin blokada zonasından keçdiyini bildirmişdi. Agentlik qeyd edib ki, Tehran və Vaşinqton arasında razılaşmadan sonra bir neçə gəmi blokada xəttini maneəsiz keçib.