İran ordusu İsrail istiqamətində yeni raketlər buraxdığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat verib.
Eyni zamanda, buraxılan raketlərin sayı və növü barədə məlumat verilməyib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni raket hücumları dalğasının başladığını elan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatın dəqiq idarəolunan raketlərdən istifadə etməklə ABŞ və İsrail hərbi mərkəzlərinə qarşı aparılır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı "Doğru vəd - 4" əməliyyatının 24-cü mərhələsinin başlandığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Hərbi qurumun "Fars" agentliyi tərəfindən yayımlanan məlumatına görə, əməliyyat çərçivəsində İsrail ərazisi istiqamətində üç raket buraxılıb.