İran parlamenti Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə parlamentin spikeri Məhəmməd-Baqir Qalibaf bildirib.
Səsvermənin nəticələrinə görə, 191 deputat (90%) qanun layihəsinin lehinə, səkkizi əleyhinə səs verib.
Xatırladaq ki, yanvarın 17-də Kremldə keçirilən danışıqlardan sonra Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Aprelin 21-də Rusiya lideri sazişin ratifikasiyası barədə qanunu təsdiqləyib.