Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xaçmazda polis "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib
Xaçmazda polis "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Quba Regional Qrupu məlumat yayıb.
Bildirilib ki, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb.
Belə ki, saxlanılan 135 nəqliyyat vasitəsindən 20-sinin sürücüsü barədə protokol tərtib olunub.
Sürücülərin diqqətinə nasaz nəqliyyat vasitələrinin idarə edilməsinin təhlükəli olduğu çatdırılıb.
YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdırlar.
"Təmiz hava aylığı" teqi üzrə xəbərlər
- Xəzər rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Sürücülərin NƏZƏRİNƏ: "Təmiz hava" aylığına start verilir
- Gəncədə "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Nərimanov rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib