Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İran Qrossidən BMT Təhlükəsizlik Şurasına şikayət etdi
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossidən Tehranın nüvə fəaliyyətinə dair yanaşmasına görə BMT Təhlükəsizlik Şurasına şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi xəbər verib.
Təhlükəsizlik Şurasına göndərilən məktubda iddia edilib ki, İsrailin İrana hücumu ərəfəsində BAEA baş direktorunun açıqlamaları neytrallıq prinsipinin açıq və ciddi şəkildə pozulmasıdır.
Qeyd edilib ki, bu cür bəyanatlar BAEA-nın əsasnaməsində nəzərdə tutulmuş vəzifə və hüquqi öhdəliklərə ziddir.
"Rafael Qrossi" teqi üzrə xəbərlər
- Qrossi: "Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər"
- Qrossi: "İranın nüvə proqramını tamamilə məhv etmək mümkün deyil"
- BAEA: "Uranın zənginləşdirilməsi işlərini bərpa etmək üçün İrana bir neçə ay lazımdır"
- Qrossi: "İran zənginləşdirilmiş uranın bir hissəsini saxlamış ola bilər"
- Tehran BAEA-nın rəhbərini nüvə obyektlərinə buraxmayacaq
Ən çox oxunanlar