"Şuşa ildən-ilə daha da gözəlləşir".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un Şuşadakı müxbirinə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.
O qeyd edib ki, ötən il də Şuşanı ziyarət edib və tikinti işlərinin miqyasından heyrətə gəlib:
"Şəhər mənzərəli idi, indi daha da gözəlləşib".
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada səfərdədir.