Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) vaxt itirmədən İrandakı nüvə obyektlərində yoxlamalara başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəhbəri Rafael Qrossi Yaponiyanın NHK kanalına verdiyi müsahibəsində danışıb.
Monitorinqlər təşkilatın öz nümayəndələri tərəfindən həyata keçiriləcək:
"Sözügedən razılaşmada 60 günlük bir məhdudiyyət mövcuddur, bu səbəbdən vaxt itirmədən hərəkətə keçməliyik".
Agentlik rəhbərinin sözlərinə görə, təftiş prosesində əsas diqqət yüksək zənginləşdirilmiş uranın olduğu məkanların müəyyənləşdirilməsinə yönəldiləcək.
BAEA yoxlamaların keçirilmə tarixi və qaydalarını yaxın vaxtlarda İran tərəfi ilə razılaşdıracaq.