Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran xəbərdarlıq edir: İsrailə səmasını açan ölkələr düşmən hesab ediləcək
"Hansı ölkə İsrailə öz hava məkanını verərsə, Tehran onu düşmən kimi qəbul edəcək".
Oxu.Az-ın SNN-ə istinadla verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib.
O, heç kimin İsrailə belə bir icazə verməyəcəyinə ümid etdiyini bildirib.
Diplomat, həmçinin İranın raket zərbələrinin yüksək effektivliyini qeyd edərək, atılan raketlərin 90%-dən çoxunun hədəflərinə çatdığını və raketdən müdafiə sistemləri tərəfindən qarşısının alınmadığını bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Tehran mümkün düşmən hərəkətlərinə cavabın əvvəlkindən daha güclü olacağı barədə xəbərdarlıq edib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- Hakan Fidan: "İsrail-İran arasında müharibə ehtimalını yüksək hesab edirəm"
- İsraildə İran casusu saxlanılıb: Terror aktı planlaşdırırdı
- İsrail Suriyadan sonra İranın nüvə obyektlərinə zərbələr endirə bilər
- Netanyahudan İran xalqına: "Ölkəniz düşündüyünüzdən daha tez azad olacaq"
- Netanyahu: "Dəməşqdə hakimiyyət dəyişikliyi İsrail üçün yeni imkanlar açır"
Rəylər